Hindistan hökuməti xüsusilə ticarət sahəsində Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə ümid edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Brüsselə səfəri zamanı deyib.
“Biz Aİ ilə daha möhkəm və sıx münasibətlərdə maraqlıyıq. Və Aİ-nin qarşılıq verəcəyinə inanmaq üçün bütün əsaslarım var”, – nazir Euractiv portalına müsahibəsində deyib.
Cayşankarın fikrincə, dünya tezliklə rəqabət aparan güclərin “çoxqütblü” sisteminin yaranmasının şahidi olacaq. Hindistan, nazirin qeyd etdiyi kimi, belə bir inkişafa çoxdan hazırdır. “Bu gün Avropada “strateji muxtariyyət” kimi sözlər eşidirəm. Əvvəllər belə sözlər bizim leksikonumuzda olub”, – Hindistan XİN rəhbəri əlavə edib.
O, həmçinin qeyd edib ki, Yeni Dehli azad ticarət sazişi bağlamaq üçün Avropa İttifaqı ilə danışıqlar aparır və tariflərin tətbiqi ilə bağlı ABŞ-la vəziyyəti həll etməyə çalışır.