Hindistan beynəlxalq aviareyslərə qoyulan qadağanın müddətini uzatdıbackend

Hindistan beynəlxalq aviareyslərə qoyulan qadağanın müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan kommersiya məqsədli daxili və beynəlxalq sərnişin uçuşlarına qoyulan qadağanın müddətini mayın 17-dək uzadıb.

NOCOMMENT.az  TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin Mülki Aviasiya Baş İdarəsinin saytında yerləşdirilmiş qərarda deyilir.

Qərarda qeyd olunur ki, qadağa Hindistan hökumətinin koronavirus infeksiyasının yayılması səbəbi ilə lokdaunu – sərt izolyasiya siyasətini daha iki həftə müddətinə (mayın 23-dək) uzatmaq barədə dünən verdiyi qərara əsaslanır.

“Bu qadağa bütün beynəlxalq yük daşımalarına, həmçinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən xüsusi olaraq icazə verilən uçuşlara şamil edilmir”, – sənəddə deyilir.

Qeyd edək ki, Hindistanda yeni növ koronavirusa yoluxma hallarının sayı 37 336, virusdan ölənlərin sayı 1 218 nəfərdir.

Report