Hindistan bu ölkəyə viza verməyəcəkbackend

Hindistan bu ölkəyə viza verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada Sıx separatçı təşkilatı Khalistan Liberation Force (KLF) lideri Hardeep Singh Nijjarın qətlindən sonra mübahisə davam etdiyi üçün Hindistan Kanada vətəndaşları üçün vizaları dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, sözügedən addımla bağlı viza müraciətlərini qəbul etmək səlahiyyəti olan “BLS International”ın internet saytından açıqlama verilib.

Açıqlamada, “Hindistan missiyasından vacib açıqlama: 21 sentyabr tarixindən etibarən əməliyyat səbəblərinə görə Hindistan viza xidmətləri növbəti bildirişə qədər dayandırılıb”, – qeyd edilib.