“Hindistan bülbülü” koronavirusdan öldübackend

“Hindistan bülbülü” koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan kinematoqrafiyasının kadrarxası məşhur müğənnisi, bəstəkar-aktrisa Lata Manqeşkar Mumbay şəhərində vəfat edib.

“NOCOMMENT” Axşam.az-a istinadla xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb.

Bildirilib ki, aktrisa 92 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, “Avara”, “Cənab 420”, “Bobbi”, “Qisas və qanun”, “Qanq, sənin suların bulanıb” kimi məşhur filmlərin mahnılarını səsləndirən L.Manqeşkar ölkəsində “Hindistan bülbülü” və “Melodiya kraliçası” adlandırılırdı. Müğənni filmlərdə 30-dan çox hind, o cümlədən marathi və benqal dillərində mahnılar oxuyub.