Hindistan çox milyard dollarlıq sualtı qayıq tenderini dayandırıbbackend

Hindistan çox milyard dollarlıq sualtı qayıq tenderini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hökuməti ölkənin donanması üçün gəmiqayırma zavodlarında 6 sualtı qayığın inşası üzrə beynəlxalq tenderi dayandırmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, tenderin qalibinin elan edilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Səbəb Hindistan təchizatçılarının sualtı qayıqların yaradılması üçün texnologiyanın ötürülməsi şərtlərini yerinə yetirmədiyinə görə alman və ispan şirkətlərinə qarşı şikayətləridir.

Həmçinin qeyd edilir ki, sövdələşmənin pozulması Hindistan hökumətinə əhəmiyyətli dərəcədə təsir edib. Beləliklə, xarici şirkətlərin uğursuzluğu Rusiya və Hindistan arasında dəniz donanmasının modernləşdirilməsi üzrə əməkdaşlığın artmasına səbəb ola bilər. Eyni zamanda, Kreml Hindistan hökumətinin innovasiyaların ötürülməsi ilə bağlı əsas tələblərini təmin etməyə hazırdır.