Hindistan daşıyıcı-raket kosmik aparatını sınaqdan keçiribbackend

Hindistan daşıyıcı-raket kosmik aparatını sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı Karnatakadakı sınaq poliqonunda RLV LEX (Reusable Launch Vehicle Autonomous Landing Mission) raketinin sınaq enişini uğurla həyata keçirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Raket ekstremal şəraitlərdə qabaqcıl əməliyyat imkanlarını nümayiş etdirə bilir.

Təşkilatın məlumatına görə, RLV Hindistanda təkrar istifadə edilə bilən kosmik gəminin yaradılması istiqamətində ilk addımdır. RLV-nin ilk sınaq buraxılışı 2016-cı ilin may ayında baş tutub. İlk uğurlu sınaq enişi 2 aprel 2023-cü ildə, ikincisi isə 22 mart 2024-cü ildə həyata keçirilib.