Hindistan əhali sayına görə lider oldubackend

Hindistan əhali sayına görə lider oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda 1,44 milyard olduğu təxmin edilən əhalinin sayına görə Hindistan dünyada liderlik edir.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə BMT Əhali Fondunun (UNFPA) hesabatında deyilir.

Çin 1,425 milyard əhalisi ilə ikinci yerdədir.

Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirir.

2011-ci ildə aparılan son siyahıyaalmaya görə, Hindistanın əhalisi 1,21 milyard idi.

Çinin əhalisi, BMT-nin hesablamalarına görə, 2022-ci ildə 1,426 milyard nəfərə çatıb və azalmağa başlayıb. Hindistan əhalisinin sayı 2023-cü ilin aprel ayının sonuna qədər materik Çinə bərabər idi və 2024-cü il iyulun 1-də onu ötəcəyi gözlənilirdi.

Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırıblar. Digər tərəfdən, Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmağa davam edəcəyi gözlənilir.