Hindistan hər il 7 milyard dollar itirə bilər – SƏBƏBbackend

Hindistan hər il 7 milyard dollar itirə bilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın ticarət tariflərini mümkün artırması səbəbindən Hindistan hər il 7 milyard dollara qədər itirə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of India” Amerikanın “City Research” analitik şirkətinin ekspertinin hesablamalarına istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, tariflərdən ən çox zərər Hindistanın dərman, kimyəvi maddələr, zərgərlik, ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının ixracı olacaq.

2024-cü ildə Hindistan Amerika şirkətlərinə 8,5 milyard dollarlıq qiymətli daşlar, 8 milyard dollarlıq əczaçılıq məhsulları və 4 milyard dollarlıq neft-kimya məhsulları ixrac edib.