Hindistan Kanadadan diplomatların sayını azaltmasını istəyibbackend

Hindistan Kanadadan diplomatların sayını azaltmasını istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hökuməti Kanadanın baş naziri Castin Trüdonun sui-qəsd iddialarından sonra Kanada diplomatlarının Hindistanın daxili işlərinə qarışmasını əsas gətirərək, ölkədən diplomatların sayını azaltmağı tələb edib.

NOCOMMENT.az xəbər verir ki Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi mətbuat konfransında Kanadada separatçı Sıx təşkilatı Khalistan Liberation Force (KLF) rəhbəri Hardeep Singh Niccarın öldürülməsindən sonra yaranan mübahisə ilə açıqlama verib. Bağçi, hökumətin Kanadadan ölkədəki diplomatik varlığını azaltmasını istədiyini, buna səbəb kimi Kanada diplomatlarının Hindistanın daxili işlərinə qarışmasını göstərdiyini bildirib. “Kanadanın Hindistandakı diplomatik mövcudluğu Hindistanın Kanadadakı mövcudluğundan daha böyükdür və buna görə də azaldılmalıdır”. Bağçi vurğulayıb ki, Kanada səlahiyyətlilərinə diplomatik mövcudluqda bərabərlik olmalıdır.

Sözçü Hindistanın bu gün Kanada vətəndaşları üçün vizaları dayandırması ilə bağlı suala “Sözügedən qərar Kanadadakı təhlükəsizlik vəziyyəti və Kanada hökumətinin hərəkətsizliyi səbəbindən verilib” şəklində cavab verib.

Niccarın qətli ilə bağlı onlara təqdim olunacaq hər hansı məlumatı araşdırmaya hazır olduqlarını qeyd edən Bağçi Kanadaya indiyə qədər məlumat verilmədiyini bildirib.