Hindistan “Su-30MKI” çoxməqsədli qırıcıları üçün 240 ədəd yüksək temperaturlu “AL-31FP” turboreaktiv mühərrik alacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.
Hindistan Müdafiə Nazirliyi dövlətə məxsus “Hindustan Aeronautics Limited” (HAL) şirkəti ilə yüzlərlə enerji blokunun tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 3,1 milyard dollardır. Müqavilə səkkiz il müddətinə rellaşacaq.
“AL-31FP” mühərrikləri Hindistanda Rusiya lisenziyası əsasında istehsal olunur. Hazırda istehsalın lokallaşdırılması 54 faizə çatır. Hindistanda bu rəqəmi 63 faizə çatdırmağı planlaşdırırlar.
Avqust ayında “Army Recognition” açıqlayb ki, Hindistan “Su-30MKI” təyyarələrini uzun mənzilli radar aşkarlayan təyyarəyə çevrilmək istəyir. Bunun üçün qırıcılar aktiv fazalı sıra antenası olan yeni radarlar əldə edə bilərlər.