Hindistan “Sindur” əməliyyatı ilə bağlı ayıq-sayıq olmalıdırbackend

Hindistan “Sindur” əməliyyatı ilə bağlı ayıq-sayıq olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Silahlı Qüvvələri Pakistana qarşı davam edən “Sindur” əməliyyatı ilə bağlı ayıq-sayıq olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Qərargahının rəisi general Anil Çauxan ANI-yə bildirib.

“Sindur əməliyyatı hələ bitməyib, davam edir. Bu, hərbi əməliyyatların müvəqqəti dayandırılmasıdır. Ayıq-sayıq qalmalıyıq”, – Müdafiə Qərargah rəisi bildirib.

Çauxan əlavə edib ki, Hindistan Pakistanla uzun sürən münaqişəyə girmək istəmir. Onun sözlərinə görə, bu, hərbi əməliyyatların aparılmasının “çoxlu xərclər tələb etməsi” ilə bağlıdır.