Hindistan ABŞ ilə ədalətli, balanslı və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi bağlamaqda maraqlıdır və bu məqsədə sadiq qalır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti Hindistanın Ticarət və Sənaye Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Son aylarda Hindistan və ABŞ arasında ədalətli, balanslı və qarşılıqlı faydalı ticarət sazişi üzrə danışıqlar aparılıb. Biz bu məqsədə sadiq qalırıq,” – deyə nazirliyin açıqlamasında bildirilir.
Nazirlik əlavə edib ki, Hindistan hökuməti kiçik və orta sahibkarlığın rifahının qorunması və inkişafına xüsusi önəm verir. Bu səbəbdən ölkənin milli maraqlarını qorumağa yönəlmiş qərarlar qəbul olunur.