Hindistan və Çin sərhədindəki vəziyyət təcili həll edilməlidirbackend

Hindistan və Çin sərhədindəki vəziyyət təcili həll edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan və Çin öz sərhədlərindəki uzun müddətdir hökm sürən vəziyyəti təcili şəkildə həll etməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi deyib. Bildirib ki, Hindistan üçün Çinlə əlaqələr mühüm və əhəmiyyətlidir.

Hesab edirəm ki, sərhədlərimizdəki vəziyyəti həll etməliyik ki, ikitərəfli əlaqələrdə qeyri-normal vəziyyət geridə qalsın.

Qeyd edək ki, Hindistan və Çin 3800 kilometrlik sərhədi bölüşür. Bunun çox hissəsi zəif demarkasiya olunub. Bu səbəbdən iki ölkə arasında 1962-ci ildə müharibə baş verib.