Hindistan və Pakistan silahlı qüvvələri döyüş hazırlığı səviyyələrini azaltmaq üçün etimadı artıran tədbirlər görəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistan ordusunun rəsmi nümayəndəsi bildirib.
“Mayın 10-da Hindistan və Pakistanın Hərbi Əməliyyatlar Rəislərinin əldə etdiyi anlaşmaya əlavə olaraq, döyüş hazırlığının səviyyəsini azaltmaq üçün etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi qərara alınıb”, – deyə məlumatda bildirilir.