Hindistan və Rusiya iqtisadi əməkdaşlığı gücləndirəcəkbackend

Hindistan və Rusiya iqtisadi əməkdaşlığı gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan və Rusiya ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi Nyu-Dehlidə keçirilmiş Hindistan-Rusiya İşçi Qrupunun sənayeləşmə və sənaye əməkdaşlığı üzrə 11-ci iclasının yekunlarına əsasən məlumat verib.

“Hər iki tərəf alüminium istehsalı, gübrə və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin dağ-mədən avadanlıqları, geoloji kəşfiyyat və sənaye-məişət tullantılarının idarə olunması sahəsində potensialın artırılması və texnologiyaların ötürülməsini alqışladı”, – deyə nazirlikdən bildirilib.