Rusiyalı sınaq pilotu Sergey Boqdan fevralın 10-dan 14-dək Hindistandakı Yelahanka Hərbi Hava Qüvvələri bazasında keçiriləcək Aero İndia sərgisində beşinci nəsil Su-57E qırıcısı üçün yenilənmiş uçuş proqramını təqdim edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “ Rostec” məlumat yayıb.
“Ən yeni beşinci nəsil Su-57E təyyarəsi ilk dəfə “Aero India 2025” beynəlxalq aviaşousunda nümayiş etdiriləcək. Yenilənmiş uçuş proqramını Əməkdar Test Pilotu və Rusiya Qəhrəmanı Sergey Boqdan təqdim edəcək”, – məlumatda deyilir.
Həmçinin Birləşmiş Təyyarə Korporasiyasının (UAC) stendində sərgiyə gələnlər Su-57E VR simulyatorunda “uça” biləcəklər.
Elə həmin ay Rostec-in baş direktoru Sergey Çemezov Rusiyada Su-57 qırıcılarının istehsalının UAC istehsal gücünün genişləndirilməsi hesabına artırılacağını söylədi.