Dekabr ayında Hindistana Rusiya nefti tədarükü son üç ilin minimum səviyyəsinə enə bilər. Lakin aparıcı Hindistan neft emalı zavodunun (NEZ) alışları bərpa etməsindən sonra gələn ilin əvvəlində həcmlərin yenidən artacağı gözlənilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi yazıb.
Analitiklərin proqnozlarına görə, dekabrda Hindistana Rusiya nefti tədarükü gündəlik 1,1 milyon barel təşkil edəcək ki, bu da 2022-ci ilin noyabrından bəri ən aşağı göstəricidir. Bununla belə, bu rəqəm ABŞ-ın Rusiya enerjidaşıyıcılarına qarşı tətbiq etdiyi sanksiyalardan sonra Hindistan hökumətinin ayın əvvəlində gözlədiyindən yüksəkdir.
Agentliyin məlumatına görə, son aylarda Hindistanın Rusiya neftinə tələbatı ABŞ-ın ticarətə nəzarəti gücləndirməsi səbəbilə azalıb. İyulda tədarük kəskin düşmüşdü, lakin Indian Oil Corp. və Bharat Petroleum Corp. kimi bəzi NEZ-lər endirimli qiymətlərlə alışları bərpa etdikdən sonra bir qədər artım müşahidə olunub.













