Hindistanda 3 mərtəbəli bina çöküb, 10 nəfər ölübbackend

Hindistanda 3 mərtəbəli bina çöküb, 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağış nəticəsində 3 mərtəbəli bina çöküb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Faciədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

Hindistan səlahiyyətliləri binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.