Hindistanın Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağış nəticəsində 3 mərtəbəli bina çöküb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Faciədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Hindistan səlahiyyətliləri binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.