Hindistanda aksiyalardan sonra əsgərə atəş əmri verildibackend

Hindistanda aksiyalardan sonra əsgərə atəş əmri verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Manipur əyalətində baş verən zorakılıqdan sonra bəzi rayonlara ezam olunmuş hərbi birləşmələrə atəş əmri verilib.

NOCOMMENT.az xəbər verir ki, Manipurun Churachandpur rayonundakı yürüşdən sonra paytaxt İmfal, Çuraçandpur və Kanqpokpi bölgələri zorakılıq səhnəsinə çevrilib.

Zorakılıqdan sonra 7 rayonda 5 günlük komendant saatı tətbiq edildiyi və internetə çıxışın müvəqqəti bağlandığı açıqlanıb.

İmfalın bəzi yerlərində zorakılıq davam etdikdən sonra ordu əyalətdəki vəziyyəti nəzarət altına almaq üçün bayraq yürüşü keçirib.

Bölgədəki zorakılıqlar səbəbindən 7500 nəfərin hərbi və dövlət obyektlərinə sığındığı açıqlanıb.

NOCOMMENT.AZ