Hindistan hökuməti gizli texnologiyalarla təchiz edilmiş beşinci nəsil qırıcı təyyarəsinin hazırlanması planını qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
Layihəyə nəzarət edən Hindistanın Aviasiya İnkişafı İdarəsi tezliklə prototip qırıcının istehsalı üçün müdafiə şirkətlərindən ilkin təklifləri qəbul etməyə başlayacaq. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, həm dövlət, həm də özəl şirkətlər iştirak edə bilər.
Mart ayında hökumət dövlətə məxsus Hindustan Aeronautics Limited şirkətinin yükünü yüngülləşdirmək üçün qırıcı təyyarənin hazırlanmasına özəl sektoru cəlb etməyi təklif edib.