Hindistanın aviasiya tənzimləyicisi “Air India” aviaşirkətinin təyyarəsinin qəzaya uğramasından sonra yerli aviadaşıyıcıların istifadə etdiyi bütün “Boeing 787”lərin yoxlanılmasına dair tapşırıq verib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Hindistanın aviasiya naziri Ram Mohan Naidu bildirib.
“Biz həmçinin “Boeing 787” təyyarələrinə hərtərəfli nəzarət edilməsini tapşırıq vermişik. Bizim Hindistan donanmamızda onlardan 34 dənədir. 8-i artıq yoxlanılıb, qalanları da ən qısa zamanda yoxlanılacaq”, – nazir deyib.