Hindistanda dini yığıncaq 27 nəfərin ölümü ilə nəticələndibackend

Hindistanda dini yığıncaq 27 nəfərin ölümü ilə nəticələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində dini yığıncaq zamanı baş verən izdiham nəticəsində azı 27 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

NOCOMMENT.az CNN-ə  istinadla xəbər verir ki, yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumatda bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.