Hindistanda güclü musson yağışlarının səbəb olduğu daşqınlardan 2 milyona yaxın insan zərər çəkibbackend

Hindistanda güclü musson yağışlarının səbəb olduğu daşqınlardan 2 milyona yaxın insan zərər çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü musson yağışlarının səbəb olduğu daşqınlardan 2 milyona yaxın insan zərər çəkib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bölgənin ən böyük çayı olan Brahmaputrada, eləcə də onun Diqaru və Kollonq qollarında suyun səviyyəsi təhlükəli həddi keçib. Rəsmi məlumatlara görə, bu il daşqınlar və torpaq sürüşmələri nəticəsində 56 nəfər həlak olub.

Ştat hökuməti 72 müvəqqəti sığınacaq düşərgəsi və 64 yardım paylama mərkəzi yaradıb. Xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin şəxsi heyətləri cəlb edilib.