Hindistanda güclü qar 11 nəfərin həyatına son qoydubackend

Hindistanda güclü qar 11 nəfərin həyatına son qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalında güclü qar və əlverişsiz hava şəraiti səbəbindən azı 11 nəfər həlak olub.

NOCOMMENT bildirir ki, itkin düşənlərin axtarışı davam etdirilir.

17 turist və onları müşayiət edən bir qrup şəxs keçən bazar ertəsi Lamkhaga dağ keçidini keçərkən Uttarahand ştatında itkin düşüb. Bir neçə bələdçinin ən yaxın yaşayış məntəqəsinə çatmasından sonra onların axtarışları başlayıb. Yerli hakimiyyət orqanlarının tələbi ilə oktyabrın 20-də hərbçilər axtarışlara qoşulub.

Hindistan Hərbi Hava Qüvvələrinə aid vertolyotların iştirak etdiyi xilasetmə əməliyyatı zamanı bu gün səhər saatlarında 2 nəfər sağ, 11 nəfər isə ölü tapılıb.

Xilas edilənlər xəstəxanaya yerləşdirilib. Qalan 4 nəfərin axtarışları davam etdirilir. Bütün turistlər Yeni Delhi və Qərbi Benqal əyalətlərinin sakinləridir.