Hindistanda “MiQ-29” qırıcısı qəzaya uğradıbackend

Hindistanda “MiQ-29” qırıcısı qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimal-qərbində yerləşən Racastan ştatında Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Hərbi Hava Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb.

“Barmer sektorunda adi gecə məşqi zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi kritik texniki nasazlıqla qarşılaşıb, nəticədə pilot katapult etmək məcburiyyətində qalıb”, – nəşr bildirib.

Qeyd olunur ki, pilot katapult etməyi bacarıb və sağ qalıb. Hadisə ilə bağlı araşdırma aparılır.