Hindistanda müsəlman ailəyə hücum: Saxlanılanlar varbackend

Hindistanda müsəlman ailəyə hücum: Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Telanqana əyalətində müsəlman ailəyə hücum edən 11 nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, saxlanılanlar arasında hakim Bharatiya Janata Partiyasından olan parlament üzvü də var.

Hücumun görüntüləri sosial mediada geniş şəkildə paylaşılıb və müsəlman ailəyə edilən hücuma reaksiya verilib.

Videoda hind qruplaşmanın 31 yaşlı Md İmrana, onun anası və bacısına “Lord Ramaya Zəfər” qışqıraraq hücum etməsi və ailəni “incitdiyi” əks olunub.

Hadisədən sonra İmranın hamilə bacısının uşağının tələf olduğu bildirilib.

Polis əvvəlcə qrupa hücum etdiyi iddiası ilə İmranı saxlayıb sərbəst buraxıb, sonra isə BJP millət vəkili də daxil olmaqla 11 nəfəri saxlayıb.

NOCOMMENT.AZ