Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 100-ü keçdibackend

Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 100-ü keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimal bölgələrində son günlər təsirli olan şiddətli yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 100-ü keçib.

NOCOMMENT.az xəbər verir ki, Himaçal Pradeş əyalət hökumətindən verilən açıqlamada ştatda 88 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı qeyd edilib.

Yolların və körpülərin uçduğu daşqınlarda 170 evin dağıldığı, 600 evin isə zərər gördüyü bildirilib. İyulun 8-dən bəri daşqınlarda qapalı qalan 300-dən çox insan, əksəriyyəti turistlər helikopterlərlə xilas edilib.

Uttar Pradeş əyalət hökumətinin sözçüsü Şişir Sinqh bildirib ki, ştatda güclü yağışlar nəticəsində 12 nəfər ölüb.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, paytaxt Yeni Dehlidə bir nəfər Cammu Kəşmirdə 4 nəfərin həlak olub.