Hindistanda polislə atışmada 9 üsyançı öldürülübbackend

Hindistanda polislə atışmada 9 üsyançı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Çhattisqarh şəhərində polislə atışmada 9 Maoçu üsyançı öldürülüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Hindistanın Çhattisqarh şəhərində təhlükəsizlik qüvvələri ilə davam edən toqquşmada 3-ü qadın üzv olmaqla, azı 9 silahlı öldürülüb.

Qarşıdurma yerindən çoxlu sayda silah, o cümlədən bir AK-47 avtomatı da aşkar edilib. Polisin məlumatına görə, qarşıdurma zamanı hökumət qüvvələrinə heç bir ziyan dəyməyib.