Hindistanın Sikkim əyalətində 6 turist qar uçqunu nəticəsində həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 22 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb.
Ölkənin NDTV telekanalının məlumatına görə, yerli vaxtla saat 12:20-də ölkənin şimal-şərqindəki Sikkim əyalətindəki Nathu La dağ keçidində qar uçqunu olub.
Uçqun altında qalanların hələ də ola biləcəyi üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Hindistanın Çinlə sərhədində yerləşən Nathu La dağ keçidi mənzərəsi ilə məşhur turist məkanları sırasındadır.
NOCOMMENT.AZ