Hindistanda reklam lövhəsi aşıb, ölənlər var – VİDEObackend

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda reklam lövhəsi aşıb, ölənlər var.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Mumbayın Ghatkopar şəhərində güclü toz fırtınası zamanı yanacaqdoldurma məntəqəsinin üzərinə nəhəng reklam lövhəsi aşıb.

Onun altında çoxlu sayda adamın qalması ehtimalı var. Polis indiyə qədər 3 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını, 67 nəfərin isə xilas edildiyini bildirib. Xilasetmə işlərinin davam etdiyi qeyd olunub.

Reklam lövhəsi yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşirmiş.