Hindistanda “rəng festivalı” FACİƏYƏ ÇEVRİLDİ: 41 ölü, 38 yaralıbackend

Hindistanda “rəng festivalı” FACİƏYƏ ÇEVRİLDİ: 41 ölü, 38 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda koronavirus əleyhinə bir sıra tədbirlər və məhdudiylyətlərə baxmayaraq qeyd olunan “Holi” festivalında sıxlıq səbəbiylə 41 nəfər həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Bihar ştatında “Holi” festivalı zamanı iki sutka ərzində baş vermiş qəzalar və şiddət hadisələrində 3-ü uşaq olmaqla 41 nəfər ölüb, 38 nəfər yaralanıb.

Qeyd edək ki, Hindistanda xalq bir çox əyalətdə koronavirusa qarşı tətbiq edilən tədbirlərə məhəl qoymayaraq ənənəvi bahar festivalı “Holi”-ni qeyd etmək üçün küçələrə axışıb.

Hinistanlılar arasında yaxşılığın şər üzərində qələbəsini təmsil edən “Holi” şənlikləri eyni zamanda qışın bitməsini və baharın başlanğıcını müjdələyir.

Yerli xalq “Holi” festivalının ərəfəsində tonqal yandıraraq müxtəlif dini ayinlər icra edir. Festival günü isə bir-birlərini isladırlar və rəngli tozlar atırlar. Bu səbəbdən “Holi” bir çox ölkədə “rəng festivalı” kimi tanınır.
Publika.az