Hindistanda sutkalıq yoluxmada daha bir antirekord: 401 minbackend

Hindistanda sutkalıq yoluxmada daha bir antirekord: 401 min

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda sutka ərzində 401 993 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək göstəricidir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd edək ki, aprelin 30-da sutkalıq yoluxma 386 452 nəfər olub.

Hindistan koronavirusa yoluxmaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 19,1 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 15,6 milyondan çox xəstə sağalıb. Son sutkada 3 523 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə 211 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.