Hindistanda tarixi məbəd uçdu: 9 nəfər öldübackend

Hindistanda tarixi məbəd uçdu: 9 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın şimalındakı Himaçal-Pradeş əyalətində təsirli olan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, əyalətin paytaxtı Şimlada baş verən sürüşmə nəticəsində tarixi məbədin uçması nəticəsində onlarla insan dağıntılar altında qalıb.

Hadisə nəticəsində ən azı 9 nəfərin öldüyü açıqlanıb.

Qrupların axtarış-xilasetmə işləri davam edərkən hadisə yerinə baş çəkən əyalətin baş naziri Sukhvinder Singh Sukhu dağıntılar altında 20-25 nəfərin olduğunu təxmin etdiklərini söylədi. Suxu həmçinin əyalət sakinlərini güclü yağışlar səbəbindən evdə qalmağa çağırıb.

Son 24 saat ərzində ştatda güclü yağışlar nəticəsində baş verən hadisələrdə 21 nəfər ölüb. Torpaq sürüşməsi səbəbindən əsas yolların hərəkətə bağlandığı əyalətdə çoxlu evlər zərər görüb.