Hindistanda təbii fəlakət nəticəsində  23 nəfər həyatını itirdibackend

Hindistanda təbii fəlakət nəticəsində 23 nəfər həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Qərbi Benqal ştatında güclü leysan nəticəsində baş verən torpaq sürüşmələri azı 23 nəfərin ölümünə səbəb olub. Faciə məşhur turizm mərkəzi olan Darcilinq bölgəsini də əhatə edib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında uşaqlar da var.

Ekspertlərin qiymətləndirməsinə görə, güclü yağışlar son 10 ildə regionda qeydə alınan ən dağıdıcı torpaq sürüşmələrindən birinə yol açıb. Təbii fəlakət nəticəsində bir çox yaşayış məntəqələri zərər görüb, əsas avtomobil yolları bağlanıb, dağıntılar arasında hələ də insanlar var..

Hakimiyyət orqanları Darcilinqdə zərərçəkənlər arasında turistlərin də ola biləcəyini istisna etmirlər. Hazırda minlərlə insan Durqa-Puca bayramı münasibətilə ştatın paytaxtı Kolkata və digər şəhərlərdən bu bölgəyə axışıb. Xilasedicilər zərərçəkmiş rayonlardan turistlərin təhlükəsiz təxliyəsi üçün tədbirlər görürlər.