Hindistanda tikilməkdə olan körpü ikinci dəfə uçdubackend

Hindistanda tikilməkdə olan körpü ikinci dəfə uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Bihar əyalətinin Bhaqalpur şəhərində tikilməkdə olan körpü ikinci dəfə dağılıb.

NOCOMMENT.az xəbər verir ki, Burhi Qandak çayı üzərindəki Aquwani-Sultanganc körpüsünün çökmə anı yerli sakinlər tərəfindən lentə alınıb.

İlkin araşdırmalara görə, Bhaqalpur şəhərində 206 metr uzunluğundakı körpünün çatlar əmələ gəlməsi səbəbindən çökdüyü güman edilir.

Hadisə zamanı itkilərin olması barədə məlumat verilməyib.

“Hindustan Times” qəzetinin xəbərinə görə, əyalətin baş naziri Nitiş Kumar hadisəyə görə məsuliyyət daşıyanların müəyyən edilməsini istədiyini bildirib.

Qeyd edək ki, tikintisi davam edən körpü 30 aprel 2022-ci ildə oxşar səbəblərdən uçub.

NOCOMMENT.AZ