Hindistanın Maharaştra ştatının Naqpur rayonunda partlayıcı maddələr istehsal edən zavodda baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Yerli polisin ilkin məlumatına görə, partlayış səhər saat 9-da Bazarqaon rayonunda “Solar Industries”in gücləndirici blokunda baş verib. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırmalar aparılır.