Hindistanın İsraildəki səfirliyi XƏBƏRDARLIQ ETDİbackend

Hindistanın İsraildəki səfirliyi XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan tərəfi Yaxın Şərqdəki gərginlik fonunda İsraildə olan vətəndaşlarına ehtiyatlı olmağı, vacib olmayan səyahətlərdən çəkinməyi və sığınacaqlara yaxın olmağı tövsiyə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın İsraildəki səfirliyi məlumat yayıb.

“Bölgədəki mövcud vəziyyəti nəzərə alaraq, İsraildəki bütün Hindistan vətəndaşlarına ayıq-sayıq qalmaları və yerli hakimiyyət orqanlarının tövsiyə etdiyi təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur”, – bəyanətdə deyilir.

“Ehtiyatlı olun, ölkə daxilində lazımsız səyahətlərdən çəkinin və sığınacaqlara yaxın olun”, – səfirlik vurğulayıb.