Ukraynadakı münaqişə daha təhlükəli miqyas alır.
NOCOMMENT.az xəbər verir ki, bunu Hindistanın Rusiyadakı keçmiş səfiri Kanval Sibal “Kommersant”a bildirib.
Diplomatın sözlərinə görə, Qərb ölkələri Kiyevə getdikcə daha güclü silahlar verməklə Moskvanın “qırmızı xətlərini” sınaqdan keçirməyə çalışırlar.
O, Rusiyanın nüvə doktrinasına aydınlıq gətirilməsini xatırladıb.
“Vəziyyət yetişmişdi, bütün bunlar təsadüfən yaranmayıb. Biz görürük ki, Ukraynada münaqişə getdikcə daha təhlükəli xarakter alır”, – diplomat bildirib.
Sentyabrın 25-də Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasında nüvə dövlətinin iştirakı ilə qeyri-nüvə dövlətinin ölkəyə qarşı təcavüzünü onların Rusiyaya birgə hücumu hesab etməyi təklif edib.