Jurnalist Lalə Mehralı sosial şəbəkədə diqqət çəkən bir paylaşım edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Bank of Bakudan kredit götürmüş qazi, xəstəlik səbəbilə bir həftə sonra dünyasını dəyişib. Ailəsi isə kreditdən yalnız bir ay sonra – ödəniş vaxtı çatanda xəbər tutub.
Məlumata görə, mərhum qazinin ailəsi bank tərəfindən çağırılıb. Bankın hüquqşünası ailəyə təhqiramiz və qeyri-etik sözlər deyib:
“O borcu ödəyin, yoxsa o dünyada oğlunuzu narahat edəcəklər, oğlunuz rahat yata bilməyəcək. Ödəyin ki, o dünyada onu inkar-minkar narahat etməsin.”
Jurnalist Lalə Mehralı məsələ ilə bağlı kəskin ironiya edərək bildirib ki, bank yəqin maaş az verməsin deyə mollanı hüquqşünas kimi işə götürüb.
Hadisə ictimaiyyətdə ciddi narazılıq doğurub. Sosial şəbəkə istifadəçiləri bankın nümayəndəsinin davranışını hörmətsizlik və qazinin xatirəsinə qarşı böyük sayğısızlıq kimi qiymətləndiriblər.