Hizbullah İsrailə məxsus PUA-nı vurduğunu açıqlayıbbackend

Hizbullah İsrailə məxsus PUA-nı vurduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandakı Hizbullah Hərəkatı İsrailə məxsus pilotsuz uçuş aparatını (PUA) sərhəddə raketlə vurduğunu açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Hizbullah 8 oktyabrdan bəri İsrail-Livan sərhədində baş verən hadisələrlə bağlı yazılı açıqlama verib.

Açıqlamada İsrailə məxsus “Elbit Hermes 450” tipli PUA-nın raketlə vurulduğu və PUA-nın Livanın Cəlil sərhəd bölgəsinə düşdüyü bildirilib.

Oktyabrın 8-dən etibarən İsrail qüvvələri ilə toqquşmalarda Hizbullah tərəfindən vurulan İsrail PUA-larının sayı 3-ə yüksəlib.