Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edibbackend

Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandakı Hizbullah Hərəkatı İsrailin hərbi nöqtəsinə hücum təşkil etdiyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Hizbullahdan verilən açıqlamada İsrailin sərhəddəki Birket Rişe hərbi nöqtəsinin idarə olunan raketlə hədəf alındığı bildirilib.

Hədəfin tam dəqiqliklə vurulduğu bildirilən açıqlamada İsrail əsgərləri arasında ölən və yaralananların olduğu iddia edilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 107 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

Bundan əlavə, toqquşmalar nəticəsində Livanda 24, İsraildə isə 5 mülki vətəndaş həyatını itirib.