NOCOMMENT.az xəbər verir ki, Livanda yerləşən “Hizbullah” silahlı qruplaşması İsrail Müdafiə Qüvvələrinin (IDF) Cal Əl-Allam və Əl-Mərc bölgələrindəki mövqelərinə zərbə endirdiyini bildirib. Bu barədə TASS qrupun bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, zərbələr “Qəzza zolağında dayanıqlı Fələstin xalqına onların cəsarətli və nəcib müqavimətinə dəstək məqsədilə” saat 16:00-da həyata keçirilib.
Noyabrın 22-də Hizbullah Livanla sərhəddə İsrailin mövqelərinə hücum edib. Son zərbə isə Beyt Hillel bölgəsindəki ordu bazasına endirilib. Şiə qüvvələri bu hərbi obyekti “Qrad” reaktiv raket sistemindən istifadə edərək atəşə tutublar.