Hizbullah İsrailin şimalını atəşə tutubbackend

Hizbullah İsrailin şimalını atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin şimalında İDF və Hizbullah arasında qarşılıqlı atışmalar davam edir. Cümə günü, noyabrın 17-də Hizbullah Livandan İsrail ordusuna raket zərbələri endirib.

NOCOMMENT.az xəbər verir ki, buna cavab olaraq israillilər qonşu dövlətin cənubunda düşmən mövqelərini atəşə tutublar.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti cümə günü axşam bildirib ki, Livandan bir neçə saat ərzində Hizbullah İsrailin Şomera, Ştula və Menara yaşayış məntəqələri istiqamətində bir neçə tank əleyhinə raket atıb. İlkin məlumatlara görə, Menarada üç israilli yaralanıb.

Buna cavab olaraq İDF Livandakı raket buraxılış məntəqələrinə və Hizbullah infrastrukturuna hava və artilleriya zərbələri endirib. Bundan əlavə, israillilər şimal qonşularının ərazisindən buraxılan və partlayıcılarla dolu olduğu iddia edilən pilotsuz uçan aparatın qarşısını alıblar.