Hizbullah İsrailin şimalını raket yağışına tutdubackend

Hizbullah İsrailin şimalını raket yağışına tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandan İsrailin şimal ərazilərinə yüzə yaxın raket atılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bu gün səhər saatlarında Livanda yerləşən “Hizbullah” İsrailə doğru 70-ə yaxın raket atıb. Daha sonra İsrailə daha 30-a yaxın raketlə hücum edilib. İsrail ordusu bunu 2023-cü il oktyabrın 7-dən bəri ən ağır hücumlardan biri adlandırıb.

Qeyd edilib ki, bu raketlərin hamısı açıq ərazilərə düşüb. Hər iki hücumdan sonra itkilər barədə məlumat verilməyib.