İsrail Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı İsrail Qəzza zolağında müharibəyə son qoymayana qədər İsraillə Livan sərhədində qarşıdurmaların dayandırılmasına razı olmadığı üçün ləğv etmək qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News xəbər verir.
“İsrail Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı olmayan İsrail-Livan sərhədində döyüşləri dayandırmaq üçün diplomatik həlli qəbul etməyəcəyi qənaətinə gəldikdən sonra Nəsrullahı məhv etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.
Sentyabrın 28-də baş nazir Benyamin Netanyahu “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib və onun aradan qaldırılmasını İsrailin məqsədlərinə çatmaq üçün zəruri adlandırıb.