“Hizbullah”ın baş katibi Həsən Nəsrullah bildirib ki, Qəzza zolağında atəşkəs əldə olunarsa, İsrailin şimalında da münaqişələr dayanacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Həsən Nəsrullah İsrailin atəşkəsə baxmayaraq, Livana hücumu davam etdirməsi halında onların da Livanı müdafiə edəcəklərini bildirib.
O bildirib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında mümkün atəşkəs Livanın cənubundakı münaqişələri şübhəsiz dayandıracaq.