“Hizbullah” lideri televiziyada ÇIXIŞ EDİBbackend

“Hizbullah” lideri televiziyada ÇIXIŞ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah lideri Həsən Nəsrullah BMT-nin ali məhkəməsinin İsrailə Rəfah şəhərinə hərbi hücumunu dərhal dayandırmağı əmr etməsindən sonra televiziyada çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, o, İsraili Qəzzada hərbi əməliyyatlarını dayandırmağa çağıran beynəlxalq qətnamələrə hörmət etməməkdə günahlandırıb. İsrailin heç vaxt beynəlxalq qətnamələrə hörmət etmədiyini deyib:

“İsrail Haaqa Beynəlxalq Məhkəməsinin qarşısındadır. Beynəlxalq ictimaiyyətə və qərarlara hörmət etdiyini söyləyən hər kəsin əksinə, İsrail heç vaxt beynəlxalq qərara hörmət etməyib. Haaqa Ədalət Məhkəməsi gözləniləndən daha yüngül qərar qəbul etdi. Onlar İsraildən Qəzzada müharibəni dayandırmağı tələb edən qərar verməli idi. Buna baxmayaraq, məhkəmə yenə də İsraili Rəfahda döyüşləri dayandırmağa çağıran bir qətnamə qəbul edib”.