“Hizbullah” qruplaşmaların nailiyyətlərinin İsrailə qarşı mübarizədə yeni mərhələ açdığını bildiribbackend

“Hizbullah” qruplaşmaların nailiyyətlərinin İsrailə qarşı mübarizədə yeni mərhələ açdığını bildirdi  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Livanın şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah Qəzza zolağında fələstinli silahlı qrupların əldə etdiyi nailiyyətlər və nəticələrin İsrailə qarşı mübarizədə yeni mərhələ açdığını bildirib. Bu barədə, “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Bəli, bu nailiyyətlər və nəticələr bütün bu qurbanlara layiqdir, çünki onlar bu düşmənə qarşı mübarizədə yeni mərhələ, bütün bölgə xalqlarının taleyində yeni mərhələ açdılar ”, – deyə baş katib bildirib.

O, fələstinlilərin başqa seçim və ya seçimlərinin olmadığına da diqqət çəkib.

Noyabrın 3-də Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib.