NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Hizbullah” baş katibinin müavini Naim Kassem İsraili Qəzzada əməliyyatını davam etdirəcəyi təqdirdə sərhədyanı hücumların artacağı ilə hədələyib. Bu barədə NBC News məlumat yayıb.
Keçən bazar ertəsi İsrail Livandan raket atəşinə tutuldu, “Hizbullah”ın atdığı mərmilər İsrail ərazisinə 2006-cı il müharibəsindən bəri heç vaxt olmadığı qədər İsrailin dərinliklərinə nüfuz etdi. Beləliklə, qrup İsrailin Qəzzada əməliyyatını davam etdirəcəyi təqdirdə bundan sonrakı niyyətlərini nümayiş etdirib.
Noyabrın 7-də İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İran və Hizbullah Fələstin-İsrail münaqişəsinə girəcəkləri təqdirdə onlara güclü cavab veriləcəyini anlayırlar. O, həmçinin İran və “Hizbullah”ın “bu səhvi” etməyəcəyinə ümid etdiyini bildirib.